““Qarabağ”ın təklifini qəbul etmədik” - AÇIQLAMA

17:13 9 İyul 2019

Şotlandiyanın “Sent-Mirren” klubunun icraçı direktoru Toni Fitzpatrik komandanın qapıçısı Vatslav Qladki üçün “Qarabağ”dan təklif aldıqlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, klub rəsmisi təklifi qəbul etmədiklərini və çexiyalı əlcək sahibini komandada saxlamaq istədiklərini bildirib:
 

“Qladkiyə maraq var və çox klub onu izləyir. “Qarabağ”ın təklifini qəbul etmədik. Qladki ilə yeni müqavilə imzalamaq fikrimiz var. Ümid edirik ki, onu yeni mövsümdə də komandada saxlaya biləcəyik. Vatslav pulla idarə olunmur”.
 

“The Scottish Sun” nəşri “Qarabağ”ın “Sent-Mirren”ə 28 yaşlı qapıçının transferi üçün 200 min funt-sterlinq təklif etdiyini iddia etmişdi.


Digər xəbərlər

Xəbər xətti