Fransa klubundan türk futbolçu üçün 20 milyon avroluq təklif

17:57 9 İyul 2019

Fransanın “Lill” klubu “Trabzonspor”a yarımmüdafiəçisi Yusuf Yazıçının transferi üçün təklif göndərib.

 

Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi 22 yaşlı futbolçunun keçidi üçün 20 milyon avroluq təklif ünvanlayıb. Daha öncə klubun prezidenti Jerar Lopes Türkiyə millisinin üzvüylə maraqlandıqlarını təsdiqləmişdi.
 

Qeyd edək ki, Yusuf “bordo-mavililər”in yetirməsidir və 2015-ci ildən əsas komandanın üzvüdür.


Digər xəbərlər

Xəbər xətti