“Qəbələ” Adeniyini icarəyə verdi

19:29 10 İyul 2019

“Qəbələ”nin legioneri Ceyms Adeniyinin komandada qalmayacağı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını İsraildə davam etdirəcək. O, bu ölkənin yüksək liqa təmsilçisi "Hapoel İroni" ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

 

İsrail təmsilçisi 26 yaşlı forvardı bir illik icarəyə götürüb. “Hapoel İroni” bu keçid üçün 100 min avrosundan keçib. Gələn mövsümün sonunda isə Kiryat-Şmona klubu Adeniyini 200 min avro qarşılığında birdəfəlik transfer etmək hüququna sahibdi.

 

"Qəbələ" Adeniyini ötən il Albaniyanın "Skenderbeu" klubundan 350 min avroya transfer etmişdi. Futbolçunun Azərbaycan təmsilçisi ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək.


Xəbər xətti