"Az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik" - Aftandil Hacıyev

19:39 10 İyul 2019

Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Rumıniyanın “Unversitatya Krayova” klubunu qəbul edəcək “Səbail”in baş məşqçisi Aftandil Hacıyev öyunöncəsi mətbuat konfransına qatılıb.

 

Sportarena.az xəbər verir ki, o, çıxışında debüt mövsümündə layiqli mübarizə aparacaqlarını bildirib:

 

“Rəqib barədə müsbət sözlər deməyə məcburam. Püşk zamanı potensial rəqiblərimizdən ən güclüsü düşdü. Amma ruhdan düşmürük. Az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik. Amma təcrübəli oyunçularımıza güvənirik. Onların təcrübəsindən faydalanacağımza inanırıq. Rəqibin baş məşqçisi yeni olsa da, 6 ildir bu klubdadır. İnanmıram ki, sistemi dəyişələr. Yüksək presinq tətbiq edən futbolçulara malikdirlər. Bunların qarşısını alıb, rəqibi təəccübləndirməyi düşünürük. 11 futbolçumuz getdiyi üçün komplektləşmə gec alındı. Uyğunlaşmaq üçün zaman lazımdır. Hələlik tam istədiyimiz səviyyədə deyil”.


Digər xəbərlər

Xəbər xətti