Futbolçunun halı pisləşdi, mətbuat konfransını tərk etdi - VİDEO

10:59 11 İyul 2019

Braziliyalı müdafiəçi Eder Militayu “Real Madrid” futbol klubuna keçidi ilə bağlı təşkil olunan mətbuat konfransında sona qədər otura bilməyib.

 

Sportarena.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran futbolçunun gözlənilmədən halı pisləşib. Başgicəllənməsindən şikayətlənən Eder mətbuat konfrasını tərk edib.

 

Qeyd edək ki, “Real Madrid” 21 yaşlı E. Militayunu “Portu”dan 50 milyon avroya alıb. Futbolçu ilə imzalanan müqavilə 2025-ci il iyunun 30-dək qüvvədə olacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti