“Essyenin “Çelsi”də, “Real”da oynayan vaxtı deyil” - Aftandil Hacıyev

10:16 12 İyul 2019

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Səbail” - “Universitatya Krayova” matçı rumınların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransına qatılan bakılıların baş məşqçisi Aftandil Hacıyev məğlubiyyəti şərh edib:

 

“Bu gün günahkar axtarmırıq. Sadəcə olaraq, səbəbləri deməliyəm. Futbolçularımızın fiziki durumu lazımı səviyyədə deyil. Yorulduqdan sonra konsentrasiya itməyə başlayır. Bu gün rəqib daha hazırlıqlı idi. "Səbail" gənc klubdur və stabil büdcəyə malikdir. Ancaq gələcəkdə büdcə artsa, daha yüksək səviyyəli oyunçular götürə bilərik. Demirəm ki, əlimizdə olanlar keyfiyyətsizdir. Sadəcə, heyəti daha da gücləndirə bilərik. Hazırda Mirabdulla Abbasovdan heç nə gözləmirik. Komandaya gec qoşulub. Onunla rəqabət aparacaq futbolçu yoxdur. Bu, problemdir. İstərdik ki, bəzi mövqelərdə rəqabəti artıraq".

 

Hacıyev legioner futbolçusu Essyendən də söz açıb: “Bu gün Essyenin "Çelsi"də, "Real"da oynayan vaxtı deyil. O, iki ay yarım əvvəl komandamıza gəlib. Bundan öncə isə il yarım futbol oynamayıb. Essyenə görə kiminsə bizi varlı klub qismində qələmə verməyi normaldır. Ancaq reallıq fərqlidir. Essyenin hansı vəziyyətdə olmasını biz yaxşı bilirik".


Digər xəbərlər

Xəbər xətti