"Zirə"nin kapitanı 2 həftəlik sıradan çıxdı

16:58 12 İyul 2019

"Sabah”la yoxlama oyunundan zədələnən "Zirə”nin futbolçusu Cavid Hüseynov 2 həftə yaşıl meydanlardan kənar qalacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report”a komandanın baş məşqçisi Samir Abasov məlumat verib. Onun sözlərinə görə, 31 yaşlı yarımmüdafiəçinin ayaq barmağında çat aşkarlanıb. Kapitan iyulun 18-də "Keşlə” ilə yoxlama oyununu buraxacaq.Oxşar zədə üzündən komanda ilə məşqlərə qatıla bilməyən cinah müdafiəçisi Tellur Mütəllimovun bərpa prosesi isə yekunlaşmaq üzrədir.

 

Qeyd edək ki, yay fasiləsində "Qəbələ”dən ayrılan Hüseynov "Zirə” ilə 2 illik müqavilə bağlayıb. 


Digər xəbərlər

Xəbər xətti