"Turnir cədvəlindəki bu mövqeyimizi qorumaq üçün çox çalışmalıyıq” - Emil Balayev

13:03 15 İyul 2019

“Tobol”un futbolçusu Emil Balayev Qazaxıstan çempionatının XVIII turunda “Ordabası” ilə qarşılaşdıqları oyundan sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi saytına danışan Azərbaycan millisinin qapıçısı 0:0 hesabıyla bitən matç haqda bunları deyib:

 

“Bir neçə gün əvvəl Lüksemburqun “Jeness Eş” klubu ilə çətin oyun keçirdik. Bunu unudub, qısa zamanda “Ordabası” ilə matçın hazırlığına başladıq. Bizə çətin olacağını bilirdik. “Ordabası”nın intizamlı komanda olduğunu və maksimum nəticə əldə etmək üçün sona qədər mübarizə aparmalı olduğumuzu başa düşürdük. Hər iki komandanın da şansları oldu. Nəticənin ədalətli olduğunu düşünürəm. Liderliyə yüksəldiyimiz üçün şadam. İndi turnir cədvəlindəki bu mövqeyimizi qorumaq üçün çox çalışmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti