“Qarabağ”dan daha bir transfer

21:20 16 İyul 2019

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubu sosial şəbəkə hesabından məlumat yayıb.Belə ki, son Azərbaycan çempionu seneqallı forvard Maqaye Qeyeni heyətinə qatıb. 

 

29 yaşlı hücumçu son mövsümü Türkiyənin “Osmanlıspor” klubunda oynayıb. Bundan başqa, o, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib.

 

Qeyd edək ki, “Qarabağ” indiyədək Xayme Romero, Ailton Silva və Faysal Rerrası heyətinə qatıb.


Xəbər xətti