"Zirə" haitili futbolçu ilə müqavilə bağladı

22:05 16 İyul 2019

"Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisi Soni Norde ilə anlaşıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

 

Haitili futbolçu bundan öncə "Boka Xuiors B” (Argentina), "San Luis B” (Meksika), "Altamira” (Meksika), SRKC (Banqladeş), "Mohun Baqan” (Hindistan) və "Mumbay Siti” (Hindistan) klublarında çıxış edib.


Xəbər xətti