“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

11:35 17 İyul 2019

Çempionlar Liqasının ilk təsnifat mərhələsində bu gün “Partizani” ilə qarşılaşacaq “Qarabağ”ın matçına bilet satışı davam edir.

 

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, indiyə qədər 4500 bilet satılıb. 

 

Qeyd edək ki, matçın keçiriləcəyi “Dalğa Arena”nın tutumu 6500 nəfərlikdir. Qarşılaşma saat 21:00-da start götürəcək. 


Xəbər xətti