“Keşlə” Rumıniya klubuna satdığı futbolçusunu icarəyə götürür

12:28 17 İyul 2019

"Keşlə” sabiq futbolçusu Sezar Meza Kollinin Rumıniyanın "Universitatya” klubundan icarəyə götürür.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report”a klubun meneceri Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı paraqvaylı yarımmüdafiəçi artıq Bakıya gəlib. O, tibbi baxışdan uğurla keçəcəyi təqdirdə, 1 il icarə əsasında "Keşlə”nin formasını geyinəcək.

 

Qeyd edək ki, "Keşlə” Meza Kollini ötən ya hazırda "Səbail”in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Rumıniyanın "Universitatya” klubuna satıb. Paraqvaylı oyunçu 3 illik müqaviləyə qol çəksə də, əsas heyətə düşmə bilmirdi. O, daha əvvəl "Zirə”də də çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti