“Ora getmək istəyirəm” - “Qarabağ”ın prezidenti

Sportarena.az      18 İyul 2018, 10:14

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb.

 

“Qafqazinfo”ya qarşılaşmadan sonra açıqlama verən Ağdam klubunun prezidenti Tahir Gözəl 2:0 hesablı qələbəni şərh edib:

 

“Rəqib qapalı oynayırdı. Çətin olsa da, komandamız yaxşı çıxış etdi. Yeni transferlərdən razıyam. Xüsusən Zubir göz oxşayırdı. İlk qoldan sonra rəqib açıldı. Bundan sonra əsl oyun başladı”.

 

Gözəl ikinci mərhələdə hansı rəqibi gözlədikləri barədə də suala cavab verib: “Heç biri fərq etmir. Amma İrlandiya komandası istərdim. Ora getmək istəyərəm”

 

Klub rəhbəri hədəflərdən də danışıb: “Transferlər olub. Hədəfimiz böyükdür. Məni ən çox sevindirən yerli oyunçuların meydanda olmasıdır. Bu gün heyətə daha bir futbolçu qatdıq. Biz uğurlu olmaq üçün hər şeyi edəcəyik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin