“Heç vaxt rəqib seçmirəm. Bunu Allaha buraxıram" - Rəşad Sadıqov

Sportarena.az      18 İyul 2018, 11:23

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında Albaniyanın “Partizani” klubunu 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələdə adlayıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra jurnalistlərə açıqlama verən Ağdam klubunun kapitanı Rəşad Sadıqov qələbəni şərh edib:

 

“İlk oyundakı kimi rəqib müdafiə olunurdu. Səfərdəki matçdan sonra düşünmürdüm ki, Bakıda belə rəngarəng oynayarıq. İkinci hissədə məcbur idik ki, sürəti artıraq. Elə də oldu. Bəlkə qolu bir az gec vursaydıq, həyəcanlanardıq. Vaxtında hesabı açdıq. Qurban müəllim fasilədə dedi ki, tələsməyin, həyəcanlanmayın. Bildirdi ki, 90-cı dəqiqədə də qol vura bilərik, əlavə vaxtda da fərqlənə bilərik. Əsas odur ki, oyunumuzu oynayaq”.

 

Kapitan rəqibin yaratdığı qol epizodundan danışıb: “Bizim qol epizodumuz daha çox oldu. Təkbətək epizodda rəqib fərqlənə bilərdi. Biz bu vəziyyətə də hazırlaşmışdıq. Yəni qol buraxsaq, necə olar. 15 dəqiqə vaxtımız olacaqdı”. 

 

Sadıqov “Dandok”la düşmələrinə də münasibət bildirib: “Heç vaxt rəqib seçmirəm. Bunu Allaha buraxıram. Necə məsləhət bilirsə, elə olsun. İrlandiya çempionu ilə qarşılaşacağıq. İlk dəfədir ki, onlarla üz-üzə gələcəyik. Hələ analiz etməmişik. Uzun bir yol bizi gözləyir. Səhv etmirəmsə, süni ot örtüyündə oynayırlar. Bu da əlavə məqamdır”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin