“Neftçi” rəqibini darmadağın etdi, “Səbail” Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

23:00 18 İyul 2019

Bu gün UEFA Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” və “Səbail”də meydana çıxacaqlar.İlk matçda Moldova “Sperantsa”sını 3:0 hesabı ilə məğlub edən “Neftçi” bu dəfə evdə oynayacaq.

 

Digər komandalarımıza nisbətən daha güclü rəqiblə qarşılaşan “Səbail” isə səfər matçında mərhələ keçməyə çalışacaq. Evdə rəqibinə 2:3 hesabı ilə uduzan bayıllıların Krayovadan sərfəli nəticə ilə dönməsi sürpriz olacaq.

 

 

18 iyul

Avropa Liqası, I təsnifat mərhələsi

Cavab oyunu

20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) 3-2
Hakimlər: Helki Mikael Yonasson, Yohan Qudmundsson, Brayngeyr Valdimarsson, İvar Kristyasson (hamısı İslandiya)

Krayova. İon Oblemanko stadionu

Ilk oyun - 3:2


21:00 “Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova) 6-0 

Hakimlər: Yulian Vaynbeger,Maksimilian Kolbiç, Mixael Nemets, Andreas Heyss (hamısı Avstriya)

Bakı. “Bakcell Arena” stadionu

İlk oyun – 3:0


Digər xəbərlər

Xəbər xətti