“Dundalk” – “Qarabağ” matçının vaxtı bəlli oldu

15:05 18 İyul 2019

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Dundalk” – “Qarabağ” görüşünün vaxtı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, komandalar arasında ilk oyun İrlandiyada baş tutacaq.Belə ki, Azərbaycan çempionu iyulun 24-də Dundalkda yerli komandanın qonağı olacaq. “Oriel Park”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

 

Cavab matçı isə iyulun 31-də Bakıda keçiriləcək və 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti