“Neftçi”nin oyununu yayımlayacaq kanal dəyişdirildi

Sportarena.az      18 İyul 2018, 17:20

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “Sperantsa” oyununun yayımında dəyişiklik edilib.

 

Sportarena.az “Neftçi”nin feysbuk səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “CBC Sport” deyil, “CBC İnternational” kanalı vasitəsilə canlı yayımlanacaq.Çünki “CBC Sport” kanalı “Universitatya Krayova” (Rumıniya) – “Səbail” matçını canlı yayımlayacaq. Qarşılaşma 20:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun “Səbail”in 2:3 hesablı məğlubiyyəti ilə bitib.

 

“Neftçi” – “Sperantsa” matçı saat 21:00-da start götürəcək. “Ağ-qaralar” ilk oyunda 3:0 hesablı qələbə qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin