“Tapşırmışdım ki, rəqibə yuxarıdan aşağı baxmasınlar” - Roberto Bordin

09:14 19 İyul 2019

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Sperantsa” klubunu 6:0 hesabıyla məğlub etdikləri görüşdən sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis böyükhesablı qələbəni şərh edib:

 

“Əlbəttə, çətin oyun olacağını bilirdik. Qarşılaşmadan əvvəl futbolçularıma tapşırmışdım ki, rəqibi düzgün qiymətləndirsinlər, yuxarıdan aşağı baxmasınlar. Bu cür nəticədən sonra bəziləri düşünə bilər ki, asan qələbə qazandıq. Ancaq belə deyil. Oyun əvvəldən istədiyimiz kimi getmədi. Buna baxmayraq, futbolçuların matça yanaşması düzgün oldu və gözəl oyunla belə hesablı qələbə qazandıq”.


Digər xəbərlər

Xəbər xətti