İranda qadınlara futbol stadionlarına gəlməyə icazə verildi

11:58 19 İyul 2019

Futbol üzrə İran millisinin 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçirəcək oyunlarını qadınlar da izləyə biləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyası (İFF) qərar qəbul edib.Ancaq bu qərar İslam Respublikasının rəhbərliyi tərəfindən təsdiq olunmalıdır.Daha əvvəl FIFA bəyan edib ki, bu məsələdə artıq razılaşma əldə olunub.

 

1981-ci ildən İranda qadınlara futbol stadionlarına gəlmək qadağan edilmişdi. 


Digər xəbərlər

Xəbər xətti