"Qarabağ" 3 milyona argentinalı hücumçu alacaq?

18:15 19 İyul 2019

"Qarabağ"ın transfer hədəfində olan daha bir futbolçü müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Argentinanın "Urakan" klubunun hücumçusu Lukas Qamba ağdamlıların transfer hədəfindədir. Xəbərdə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəyi halda, hücumçunu transfer etməyə çalışacağı vurğulanıb. "Qarabağ"la yanaşı, Argentinanın digər təmsilçisi "Rosario Sentral" da Qambanı transfer etmək istəyir.

 

"Urakan"ın ötən il transfer etdiyi futbolçunun 3 milyon dollar qiymətinin olduğu qeyd edilib. Lukasın "Urakan"la müqaviləsi 2022-ci ildə başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti