"Dundalk” - "Qarabağ" oyununun hakimləri məlum oldu

13:22 20 İyul 2019

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Dundalk” (İrlandiya) - "Qarabağ" (Azərbaycan) oyununun hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA qarşılaşmanı polşalı hakimlər briqadasına tapşırıb.Matçı FIFA referisi Bartoş Frankovski idarə edəcək. Ona Marçin Bonyek və Yakub Vinkler yardımçı olacaq. Dördüncü hakim funksiyasını Daniel Stefanski yerinə yetirəcək.

 

Görüşün hakim-inspektoru isveçli Peter Froydfeldt, UEFA nümayəndəsi lüksemburqlu Şarl Şak olacaq.


Digər xəbərlər

Xəbər xətti