"Sabah" Türkiyəyə getdi

11:00 23 İyul 2019

Azərbaycan Premyer Liqasına hazırlığını davam etdirən "Sabah" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə gedib.

 

Sportarena.az xəbər verir ki, Elşad Əhmədovun komandası avqustun 6-na kimi Bolu şəhərində hazırlıq keçəcək. Bakılılar bu müddətdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, "Sabah" ölkə daxilindəki toplanış çərçivəsində 2 yoxlama görüşü keçirib, "Zirə" (5:3) və "Sumqayıt"a (2:0) qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti