Ronaldo ilə şəkil çəkdirən gənci polisə çağırdılar - VİDEO

13:10 24 İyul 2019

Kriştiano Ronaldonun 14 yaşlı qazaxıstanlı fanatı Sinqapurda futbolçu ilə şəkil çəkdirdiyi üçün polis bölməsinə aparılıb.

 

Sportarena.az xəbər verir ki, “Yuventus”un treneri Mauritsio Sarri Ronaldo ilə görüşüb şəkil çəkdirmək üçün meydançaya atılan gənc azarkeşi oyunçunun yanına aparıb. Sarri baş verənləri belə ifadə edib: “Oğlanı meydançada gördüm, Ronaldo ilə şəkil çəkdirmək istədiyini dedi. Qorxdum ki, mühafizəçilər uşağı dərhal sahədən çıxaracaqlar. Onu özümlə Ronaldonun yanına apardım”.

 

Ronaldo ilə şəkil çəkdirən gəncin bu sevinci çox da çəkməyib. Sinqapur polisi idman tədbirləri zamanı qaydaların pozulması səbəbindən yeniyetməni və ailəsini polis bölməsinə dəvət edib. Qazaxıstan konsulunun müdaxiləsindən sonra oğlan və atası xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

 

 


Digər xəbərlər

Xəbər xətti