Lionel Messi Argentina yığmasından kənarlaşdırılır?

11:40 25 İyul 2019

Lionel Messi Argentina millisindən 2 aydan 6 ayadək kənarlaşdırıla bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.Buna səbəb səbəb kapitanın Cənubi Amerika Futbol Konfederasiyasını (KONMEBOL) tənqid etməsidi. 32 yaşlı hücumçunun işi ilə bağlı qərar gələn həftə qəbul olunacaq.

 

Qeyd edək ki, daha əvvəl Messi Amerika Kubokunda Çili ilə 3-cü yer uğrunda görüşdə qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza və 1500 dollar cəriməyə məruz qalıb. Həmin görüşdə Argentina 2:1 hesabı ilə qalib gəlib. Braziliyaya 0:2 hesablı məğlubiyyətlə nəticələnən yarımfinal qarşılaşmasından sonra isə o, KONMEBOL-u korrupsiyada ittiham edib. Sonradan təcrübəli forvard sözlərinə görə qurumdan üzr istəyib. 


Digər xəbərlər

Xəbər xətti