"Qarabağ" İtaliya yığmasının sabiq qapıçısını transfer edir

14:29 25 İyul 2019

"Qarabağ" İtaliyadan qapıçı transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu "Udineze"nin qapıçısı Simone Skuffetə təklif göndərib. Hazırda qolkiperin "Qarabağ"ın təklifini dəyərləndirir. 23 yaşlı futbolçu qərarını yaxın günlərdə verəcək.

 

Qeyd edə ki, "Udineze"nin yetirməsi olan Skuffet 2013-cü ildən komandanın əsas heyətində çıxış edir. O, 2015/16 mövsümündə İtaliyanın "Komo", bu ilin əvvəlində isə Türkiyənin "Kasımpaşa" klublarına icarəyə verilib. Qolkiper ötən mövsüm "Udineze" və "Kasımpaşa"nın heyətində 20 rəsmi oyuna çıxıb.

 

Skuffet İtaliyanın U-17, U-18, U-19 v? U-21 yığmalarında çıxış edib. (fanat.az)


Digər xəbərlər

Xəbər xətti