“Səfərə qalib gəlməyə gedəcəyik” - “Qəbələ”nin baş məşqçisi

Sportarena.az      26 İyul 2018, 10:13

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Dinamo” matçından (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, gənc çalışdırıcı səfər matçında qələbə üçün gedəcəklərini bildirib:

 

“Yaxşı, mobil komandaya qarşı oynadıq. Analiz etmişdik və bilirdik ki, fiziki, atletik, həm də komanda şəklində hazırlıqlı komandadır. Bunu meydanda da göstərdilər ki, hazırda optimal formadadırlar. Əbəs yerə Gürcüstan çempionatında lider deyil. Komandamız haqda onu deyə bilərəm ki, İvitsa ilk matçına çıxırdı, Davit zədəli idi, bəzi legionerlər yenidirlər. Yaratdığımz bütün qol imkanları uzun ötürmələrdən sonra gerçəkləşdi. Hücum planında rəqibin arxasına ötürmələrlə yaxşı nəticə qazanmaq fikrimiz var idi. Belə ötürmələr əksər hallarda alınırdı. Amma son zərbələr çərçivəyə getmirdi. Hazırda Ülvi İsgəndərov yaxşı formadadır. Ukrayna klubları ilə yoxlama matçlarında da yaxşı oynayıb, qol vurdu. İlk avrokubok matçına çıxdığı üçün ola bilər ki, bir az həyəcanlı idi. O, güvəndiyimiz futbolçudur və qarşıdakı bir ildə komandaya xeyir verəcək. Rəqibi daha yaxşı tanıdıq. Üstün və zəif cəhətlərini bildik. “Dinamo” burda 2:0 hesabı ilə qələbə qazandı. Səfərə qalib gəlməyə gedəcəyik. Komandamızda gənc futbolçular var, akademiyadan yeni oyunçular götürmüşük, legionerlər gec qoşulublar. Deyə bilərəm ki, yeni mövsümdə çempionatda daha yaxşı səviyyəli, daha optimal “Qəbələ” görəcəyik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin