"Neftçi" - "Arsenal" matçının hakimləri bəlli oldu

Sportarena.az      26 İyul 2018, 15:35

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Arsenal” matçının təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

 

UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

 

Avqustun 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlanacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin