Məsut Özilə niyə hücum ediblər? - SƏFİRDƏN AÇIQLAMA

16:30 26 İyul 2019

“Arsenal”ın oyunçusu Məsut Özilə Londonda bıçaqlı hücumun detalalrı məlum olub.

 

Sportarena.az xəbər verir ki, motosikletli 2 nəfər ötən gün Özilin avtomobilinə hücum çəkib. Futbolçu dostu Sead Kolaşinasın müdaxiləsindən sonra bıçaqlı şəxslər hadisə yerindən qaçıb. Hadisənin soyğun məqsədilə törədildiyi ehtimal edilirdi.  

 

Türkiyənin Londondakı səfiri Ümid Yalçının açıqlamasına görə, hadisə Kolaşinasın yeni saatı üstündə baş verib. O bildirib ki, şübhəlilər əslində Kolaşinasın saatını ələ keçirməyə çalışıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti