Məşhur futbolçunun oyun zamanı ayağı qırıldı - VİDEO

10:41 27 İyul 2019

Braziliyanın “Flamenqo” klubunun yarımmüdafiəçisi Dieqo Ribas arzuolunmaz zədə alıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli futbolçunun Kopa Libertadores çərçivəsində “Emelek”lə keçirilən matçda ayağı qırılıb.Bu səbəbdən 34 yaşlı futbolçunun karyerası sual altında düşüb.

 

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü karyerası ərzində “Portu”, “Verder”, “Yuventus”, “Volfsburq”, “Atletiko” və “Fənərbaxça” kimi klublarda çıxış edib.

 

 


Xəbər xətti