UEFA 10 ən yaxşı qolu açıqladı - Siyahıda "Qarabağ"a vurulan qol da var

12:46 27 İyul 2019

UEFA 2018/2019 mövsümünün ən yaxşı qoluna namizədləri açıqlayıb.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, əvvəlcə UEFA-nın texniki müşahidəçiləri  qurumun ötən mövsüm üçün turnirlərindən ən yaxşı qolları seçiblər.  Sonra UEFA-nın ekspertləri qolların sayını 10-a qədər azaldıblar. 
 

Mövsümün 10 ən yaxşı qoluna namizədlər sırasında "Sportinq"in sabiq futbolçusu, hazırda "Orlando Siti"də çıxış edən  Naninin Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu qol da yer alıb. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq sorğu nəticəsində müəyyənləşəcək. Səsvermə avqustun 9-na qədər davam edəcək.

 

Ötən mövsümün ən yaxşı qoluna namizədlər aşağıda adları qeyd olunanlardır:

Danilo (PORTUQALİYA - Serbiya -1:1)
AÇ-nin seçmə mərhələsi, 2-ci tur, 25.03.2019
 
David Fopala (“APOLLON” - “Latsio” -2:0)
Avropa Liqası, qrup mərhələsi, 29.11.2018
 
Lionel Messi ("BARSELONA" - "Liverpul" -3:0)
Çempionlar Liqası, 1/2 final, 01.05.2019
 
Enso Milyo (FRANSA - Çexiya - 6:1)
17 yaşlıların Avropa çempionatı, 1/4 final, 12.05.2019
 
Nani ("Qarabağ" - "SPORTİNQ" - 1:6)
Avropa Liqası, qrup mərhələsi, 29.11.2018
 
Pedro Rodriqes ("ÇELSİ" - "Slaviya" - 4:3)
Avropa Liqası, 1/4 final, 18.04.2019
 
İvan Rakitiç ("Tottenhem" - "BARSELONA" -2:4)
Çempionlar Liqası, qrup mərhələsi, 03.10.2018
 
Kristiano Ronaldo ("YUVENTUS" – "Mançester Yunayted" 1:2)
Çempionlar Liqası, qrup mərhələsi, 07.11.2018
 
İsmaila Sarr ("RENN" - "Yablonets" - 2:1)
Avropa Liqası, qrup mərhələsi, 20.09.18

Katerjina Svitkova ("SLAVİYA" - "Bavariya" - 1:1)
Qadınlar arasında Çempionlar Liqası, 1/4 final, 20.03.2019


Xəbər xətti