Şəkidə xəsarət alan jurnalist: "Bu sözləri yazacaq gücdəyəm"

15:22 27 İyul 2019

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan "Qəbələ"nin əməkdaşı İlkin Məmmədov bir neçə gün sonra evə buraxılacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə özü məlumat verib.İlkin bu barədə "facebook" səhifəsində yazıb:

 

 

"Əzizlərim, artıq bu sözləri yazacaq gücdəyəm. İstədim sizə bildirəm ki, hər şey yaxşıya doğru gedir, müalicə davam edir.Bir neçə gündən sonra evə buraxılacam. Son 11 gün ərzində mənim yanımda olan, dəstək olan, ürəyi mənlə olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm.Məni daha güclü sizin sevginiz, dəstəyiniz etdi. Bilirdim, amma daha da əmin oldum ki, həyat sadəcə sizlərdən - sevdiklərimdən ibarətdi.

 

Hər an yanımda olanlar, yazanlar, maraqlananlar, hər birinizə tək-tək yaza bilməsəm də, xəbəriniz olsun: yaxşıyam, daha yaxşı olacam. Var olun!" 


Xəbər xətti