"Keşlə" Türkiyəyə yollandı

18:00 27 İyul 2019

Bakı hazırlığını başa vuran "Keşlə" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda artıq qonşu ölkəyə çatıb.Tərlan Əhmədovun kollektivi Bolu vilayətinin Gerede qəsəbəsində toplanış keçəcək. Komanda bu gün axşam məşqilə kifayətlənəcək.

 

"Keşlə" Türkiyədə ilk yoxlama görüşünü iyulun 31-də yerli "Osmanlıspor"a qarşı keçirəcək. Komanda avqustun 2-də və 4-də də qüvvəsini sınayacaq.


Xəbər xətti