Paralimpiyaçılarımız finalda

Sportarena.az      28 İyul 2018, 16:16

Avropa Çempionatının ikinci günündə paralimpiyaçılarımızdan üç nəfəri finala vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, İtalyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa Çempionatının ikinci günündə paralimpiyaçı cüdoçularımızdan kişilər arasında +100 kg çəkidə yarışan İlham Zəkiyev, qadınlar arasında +70 kg çəkidə Dürsədəf Kərimova və +63 kg çəkidə Xanım Hüseynova finala vəsiqə qazanıblar.Digər idmançılarımızdan -100 kg çəkidə Kənan Abdullaxanlı və -81 kg çəkidə Hüseyn Rəhimli bürünc medal uğrunda mübarizə aparacaqlar. Final görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, yarışın birinci dünündə idmançılarımız 2 gümüş, 3 bürünc medal qazanıblar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin