"Dundalk"ın oyunları "Qarabağ"a görə təxirə salındı

10:45 29 İyul 2019

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Dundalk"ın iki oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin İrlandiya çempionatının "Sliqo Rovers" və ölkə kubokunun "Dublin"lə matçlarının vaxtı dəyişdirilib. Görşülər müvafiq olaraq avqustun 3-ü və 5-də keçirilməli idi. Oyunların hansı tarixdə oynanılacağı açıqlanmayıb.

 

Qeyd edək ki, "Dundalk" iyulunda 31-də Bakıda "Qarabağ"la cavab oyununa çıxacaq. "Dalğa Arena"da keçiriləcək matç saat 21.00-da başlaycaq. Komandalar arasında Dublindəki ilk matçda heç-heçə qeydə alınıb - 1:1.


Xəbər xətti