Ukrayna Super Kubokunun qalibi məlum oldu - VİDEO

12:30 29 İyul 2019

Ukrayna Super Kubokunun qalibi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, ötən mövsüm ölkə kubokunu və Premyer Liqanı qazanan "Şaxtyor" Kiyev "Dinamo"su ilə qarşılaşıb.Odessada baş tutan matç paytaxt klubunun qələbəsiylə başa çatıb - 2:1."Dinamo" 8-ci dəfə Super Kuboku qazanıb və bu göstəricidə "Şaxtyor"a çatıb.

 

"Dinamo" - "Şaxtyor" - 2:1

Qollar: Burda, 80, Qarmaş, 83 - Alan Patrik, 45

 

 


Xəbər xətti