“Qarabağ”dan Şotlandiya millisinin futbolçusuna təklif

16:24 29 İyul 2019

İngiltərənin “Sanderlend” klubunun qapıçısı Con Maklaflinə “Qarabağ”da oynaması üçün təklif irəli sürülüb.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, bu haqda Britaniyanın “Sunderland Echo” nəşri məlumat yayıb.  Şotlandiya millisinin 31 yaşlı qapıçısı ilə Türkiyənin “Trabzonspor” və Bolqarıstanın “Ludoqorets” komandalarının da maraqlandığı iddia edilib.

 

Qeyd edək ki, hazırda “Qarabağ” fəal şəkildə yeni qapıçı axtarışındadır və bu yay transferi pəncərəsi dövründə məsələni həll etmək fikrindədir.“Sanderlend”in sahibi Donald Stüart Con Maklaflinə təkliflər olduğunu təsdiqləsə də, onu satmaq niyyətində olmadıqlarını söyləyib.

 

“Məsələ belədir ki, Conun bizimlə hələ bir illik müqaviləsi var. Con burada xoşbəxtdir. O, müqavilənin müddətini uzatmaq istəyir. Biz bununla əlaqədar onun agentləri ilə danışıqlar aparırıq. Agentlər mənə deyir ki, futbolçunun satışından 1-2 milyon funt gəlir əldə edə bilərsiniz. Mən də soruşdum ki, siz onu 5 milyona sata bilərsiniz? Dedilər ki, yox” – deyə Donald Stüart bildirib.


Xəbər xətti