“Qarabağ” - “Dundalk” oyunu CANLI YAYIMLANACAQ

18:03 29 İyul 2019

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyunu canlı yayımlanacaq.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionunun İrlandiyanın "Dundalk" klubu ilə ev görüşünü "CBC Sport" telekanalı azarkeşlərə nümayiş etdirəcək. Qarşılaşma iyulun 31-də baş tutacaq. "Dalğa Arena"da keçiriləcək matç saat 21.00-da başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ”la "Dundalk” arasında iyulun 24-də keçirilən ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.


Digər xəbərlər

Xəbər xətti