Ronaldoya “Əfsanə” mükafatı verildi - FOTOLAR

10:06 30 İyul 2019

Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo İspaniyada mükafatlandırılıb.

 

Sportarena.az xəbər verir ki, o, “Marca” nəşrinin “Əfsanə” mükafatına layiq görülüb. Bu mükafat idmançının karyerası zamanı ümumi nəaliyyətlərinə görə verilir.

 

O, mükafatlandırma mərasiminə sevgilisi Corcina Rodriqezlə qatılıb. Bundan başqa, tədbirdə 34 yaşlı oyunçunun agenti Jorje Mendeş və sabiq klubu “Real”ın prezidenti Florentino Peres də iştrak edib. Tədbirdə klub rəhbərinin Ronaldo ilə qucaqlaşması da diqqətdən yayınmayıb.

 

Qeyd edək ki, “Marca” bu mükafatı 1997-ci ildən verir. Daha əvvəl onu Lionel Messi , Dieqo Maradona, Maykl Felps, Mixael Şumaxer, Maykl Cordan, Pau Qazol və başqaları qazanıb.



Digər xəbərlər

Xəbər xətti