Ayxan Abbasov: "Futbolçuların əzmkarlığı məni qane etdi"

10:22 30 İyul 2019

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışında yerli “Gənclərbirliyi” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı mütəxəssis 1:1 hesabıyla bitən oyundan sonra bunları söyləyib:

 

“Gənclərbirliyi” indiyə qədər oynadığımız rəqiblər arasında ən güclü, ən yaxşısı idi. Bu komanda ötən mövsüm PTT 1-ci Liqanın qalibi olub və Super Liqaya yüksəlib. Bu oyun bizim üçün önəmli idi. Komandanı belə güclü rəqibə qarşı görmək istəyirdik. Uşaqlar da mübarizə apardılar. İkinci hissədə qol epizodlarımız da oldu, amma, istifadə edə bilmədik. Buna baxmayaraq, futbolçuların meydanda əzmkarlığı məni qane etdi. Bəzi futbolçularımız hələ tam formada deyil. Ümid edirəm ki, çempionatın startına qədər onlar da formasını tam bərpa edib komandaya kömək edəcəklər".


Xəbər xətti