"Dundalk" Bakıya gəldi - FOTOLAR

14:00 30 İyul 2019

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq İrlandiyanın "Dundalk" klubu Bakıya gəlib.

 

Sportarena.az xəbər verir ki, komanda Azərbaycana çarter reysiylə gəlib. İrlandiya çempionu ötən gecə Bakıya çatıb.Klubun "Twitter" hesabı hava limanından olan fotoları "Salam, Bakı!" başlığı ilə paylaşıb.

 

Bildirək ki, iyulun 31-i “Dalğa Arena” keçiriləcək "Qarabağ" - "Dundalk" görüşünün start fiti 21:00-da səslənəcək.Cütün ilk oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.



Xəbər xətti