Məhkəmə Neymarla bağlı qərarını açıqladı

17:03 30 İyul 2019

San-Paulo məhkəməsi PSJ hücumçusu Neymara qarşı zorlama ittihamı ilə başladılmış məhkəmə yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, braziliyalı model Najila Trindadi oyunçunun mayda Parisdə otellərin birində ona təcavüz etdiyini iddia etmişdi. Neymar isə iddianı rədd edərək modelin məqsədinin ondan pul qoparmaq olduğunu bildirmişdi.

 

Məhkəmə bu gün iddianın sübutu üçün fakt yetməzliyini əsas gətirərək işə xitam verib.


Xəbər xətti