Bakı polisi İrlandiya mətbuatında dərc olunan yazı ilə bağlı araşdırmalara başladı

Sportarena.az      31 İyul 2018, 14:00

Bakı Şəhər Baş Polis İdarəsi İrlandiya mətbuatında dərc olunan “Dundalk” oyunçuları ”Qarabağ”la qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” (“Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash”) adlı məqaləyə münasibət bildirib.

 

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a açıqlamasında deyib ki, “Dundalk” oyunçuları “Qarabağ”la qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” (“Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash”) sərlövhəli məqalədə iddia olunan hallar araşdırılır.

 

"İrlandiya mətbuatında dərc olunan məqalədən məlumatlıyıq. Müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur. Polis tərəfindən paytaxtda ictimai asayişin təmin edilməsində qarşıya qoyulan vəzifələr yüksək əzm və peşəkarlıqla həyata keçirilir", E.Hacıyev bildirib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin