“Neftçi”dən tarixi nəticə

Sportarena.az      2 Avqust 2018, 09:12

Avropa Liqasına uğurlu start verən “Neftçi” II təsnifat mərhələsinin hər iki görüşündə Rusiyanın “Arsenal” klubunu məğlub edərək (1:0, 3:0) rəqibini mübarizədən kənarlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, III təsnifat mərhələsinə vəsiqə qazanan “ağ-qaralar” ardıcıl 4 oyunda qalib gəlib. Paytaxt təmsilçisi keçirdiyi 4 görüşdə qapısından qol buraxmayıb. Əvəzində isə Roberto Bordinin komandası rəqib  qapılarından 13 top keçirib ki, bu da orta hesabla hər oyuna 3.25 qol edir.Bakılılar avrokuboklarda ardıcıl 4 qələbə qazanaraq Azərbaycan futbolu tarixinə düşüb. Bundan başqa, “Neftçi” “Arsenal”ı məğlub etməklə Rusiya klubları üzərində qələbəsizlik sindiromunu da qırıb.

 

Qeyd edək ki, Roberto Bordinin komandası III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin