Dani Alveş vətəninə qayıtdı

12:40 2 Avqust 2019

Braziliya millisinin üzvü Dani Alveşin yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, PSJ-nin ulduzu karyerasını vətənində davam etdirəcək. Belə ki, 36 yaşlı müdafiəçi "San Paulo"ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

 

Onunla 2022-ci ilin dekabrına qədər müqavilə imzalanlb. Dani Alveş "San Paulo"ya azad agent kimi keçib.


Xəbər xətti