"Qarabağ" APOEL-i Respublika stadionunda qəbul edəcək

12:52 2 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Qarabağ" Kiprin APOEL klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, komandaların ilk dueli Nikosiyadakı GSP stadionunda reallaşacaq. Avqustun 6-da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək.Cütün cavab qarşılaşması avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

 

Ağdam klubu I və II təsnifat mərhələsindəki ev oyunlarını "Dalğa Arena"da keçirmişdi.


Xəbər xətti