İspaniyanın daha bir məşhur klubu Mahiri transfer etmək istəyir

Sportarena.az      2 Avqust 2018, 15:10

Milli komandamızın və "Qarabağ”ın futbolçusu Mahir Emreliyə daha bir İspaniya klubundan təklif var.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı hücumçunu "Almeriya" klubu da heyətinə qatmaq istəyir. Bundan əvvəl isə Mahiri "Estremadura” və "Malaqa” klublarının istədiyi bildirilirdi.

 

İddiaya görə, futbolçunun İspaniyaya transferi "Qarabağ”ın Çempionlar Liqasındakı çıxışından asılıdı. Belə ki, Azərbaycan çempionu Çempionlar Liqasında mübarizəni dayandırsa, Mahirin keçidi reallaşacaq və forvard bu 3 klub arasında seçim edəcək.

 

Qeyd edək ki, 1989-cu illdə yaradılan "Almeriya" klubu İspaniyanın Əndəlüs vilayətinin Almeriya şəhərini təmsil edir. Komanda indiyədək 6 mövsüm La Liqada çıxış edib. Hazırda isə Sequnda divizionunda mübarizə aparır. Oskar Fernandesin başçılıq etdiyi kollektiv son mövsümdə 10-cu pilləni tutub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin