Əmrə Mor rəsmən “Qalatasaray”da

10:57 3 Avqust 2019

Türkiyə “Qalatasaray” klubu Əmrə Morun transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İspaniyanın “Selta” klubundan bir illik icarəyə götürülüb.“Sarı-qırmızılar” bu transferə görə İspaniya təmsilçisinə 600 min avro ödəyəcək. Əmrə özü isə qarşıdakı mövsüm ərzində 725 min avro qazanacaq.
 

Qeyd edək ki, 2017-ci ildə Dortmund “Borussiya”sından “Selta”ya keçən Əmrə, son mövsümdə La Liqada 10 oyuna çıxıb. 22 yaşlı yarımmüdafiəçi Türkiyə millisində 15 oyun keçirib.


Xəbər xətti