"Qarabağ"dan ayrılan futbolçu "Neftçi"yə keçir

15:05 3 Avqust 2019

"Qarabağ"dan ayrılan Vild-Donald Gerye karyerasını "Neftçi"də davam etdirə bilər.

 

Sportarena.az "azerisport"a istinadən xəbər verir ki, bu barədə haitili futbolçu açıqlamasında deyib:

 

"Neftçi"ye keçmək imkanım var. Hazırda bu barədə düşünürəm. Başqa variantlarımın olmasına baxmayaraq, bu təklifi seçirəm. Danışıqlar gedir. Əmək haqqı? "Neftçi"nin təklifi mənə çox yaraşdı. Bəlkə də, "Bney Yehuda" ilə cavab matçında meydanda oldum".

 

30 yaşlı cinah futbolçusu 2017-2019-cu illərdə Ağdam klubunda 55 oyuna 5 qol vurub.


Digər xəbərlər

Xəbər xətti