“Qarabağ” – APOEL matçının hakimləri açıqlandı

17:40 11 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - APOEL cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniel Sibert olacaq. 35 yaşlı referiyə bu işdə Yan Seidel və Lasse Koslovski köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Martin Petersen yerinə yetirəcək.

 

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 20:30-da start götürəcək. Komandaların Kiprdə keçirilən görüşü təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti