APOEL Bakıya gəlir

18:54 11 Avqust 2019

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan Kiprin APOEL klubu bu gecə Bakıda olacaq.

 

Sportarena.az xəbər verir ki, Nikosiya təmsilçisi çarter reysi ilə Azərbaycana gələcək. Komandanın gecə saat 2-də Bakıya enməsi gözlənilir.Sabah saat 19:30-da APOEL-in Tofiq Bəhramov adına Respublika stadionunda məşqi keçiriləcək.


 
"Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Cütün cavab görüşü avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti